Ana Sayfa > Xəbər > Medvedev Ukraynanı sərt tənqid etdi - “Donuzluq edirlər”

Medvedev Ukraynanı sərt tənqid etdi - “Donuzluq edirlər”


9-12-2015, 15:42. Yazar: admin
Medvedev Ukraynanı sərt tənqid etdi - “Donuzluq edirlər”
Rusiyanın baş naziri Dmitri Medvedev rusiyalı jurnalistlərə geniş açıqlama verib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Medvedev Ukrayanın Krıma verilən elektrik enerjisini kəsməsini “donuzluq” adlandırıb və belə halların genosidə apardığını deyib:

“Bunu belə adlandırmaq olar - donuzluq. Buna başqa ad vermək mümkün deyil”.

Noyabrın 22-də Ukraynadan Krıma gedən 2 yüksək gərginlikli xəttin partladılması nəticəsində yarımada işıqsız qalıb. Dekabrın 2-də Krıma səfər edən Rusiya prezidenti Vladimir Putin Krasnodar diyarından bölgəyə əlavə elektrik enerjsinin verilməsi barədə göstəriş verib.

Geri dön