Rusiyada narkotik alverçisi olan azərbaycanlılar saxlanıldı
Tarix: 8-12-2015, 11:55 | Çap et
Rusiyada narkotik alverçisi olan azərbaycanlılar saxlanıldı
Rusiyanın Cənubi-Saxalin əyalətində bir qrup narkotik alverçisi saxlanılıb.

ANS PRESS-in məlumatına görə, saxlanılan qrupun üzvləri Azərbaycan vətəndaşlarıdır. Onlar Cənubi-Saxalinə həşiş gətirmək və satışını təşkil etməkdə şübhəli bilinirlər.

Aparılmış operativ-axtarış tədbirləri nəticəsində Cənubi-Saxalində olan bir nəfər və onun şəriki saxlanılıb. Onların yaşadığı evdən 30 qram, bir qədər aralıda - meşə massivində gizli yerdə yerləşdirilmiş bağlamalarda 800 qram həşiş aşkar olunaraq, hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qrupun üzvləri barəsində cinayət işi açılıb. Onlardan ikisi artıq həbs olunub, digərlərinin axtarışı davam etdirilir. Saxalin hüquq-mühafizə orqanlarının məlumatına görə, onları 20 ilədək həbs gözləyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net