Ana Sayfa > Xəbər > Rusiyada narkotik alverçisi olan azərbaycanlılar saxlanıldı
Rusiyada narkotik alverçisi olan azərbaycanlılar saxlanıldı8-12-2015, 11:55. Yazar: admin |
![]() Rusiyanın Cənubi-Saxalin əyalətində bir qrup narkotik alverçisi saxlanılıb. ANS PRESS-in məlumatına görə, saxlanılan qrupun üzvləri Azərbaycan vətəndaşlarıdır. Onlar Cənubi-Saxalinə həşiş gətirmək və satışını təşkil etməkdə şübhəli bilinirlər. Aparılmış operativ-axtarış tədbirləri nəticəsində Cənubi-Saxalində olan bir nəfər və onun şəriki saxlanılıb. Onların yaşadığı evdən 30 qram, bir qədər aralıda - meşə massivində gizli yerdə yerləşdirilmiş bağlamalarda 800 qram həşiş aşkar olunaraq, hüquq-mühafizə orqanları tərəfindən götürülüb. Qrupun üzvləri barəsində cinayət işi açılıb. Onlardan ikisi artıq həbs olunub, digərlərinin axtarışı davam etdirilir. Saxalin hüquq-mühafizə orqanlarının məlumatına görə, onları 20 ilədək həbs gözləyir. Geri dön |