Xalq artisti milad opera forumuna qatılacaq
Tarix: 8-12-2015, 10:11 | Çap et
Xalq artisti milad opera forumuna qatılacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, xalq artisti Samir Cəfərov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minskdə qastrol səfərində olacaq.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, S.Cəfərov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə VI beynəlxalq milad opera forumunda iştirak edəcək.

Son illərdə milad opera forumu Belarus Respublikasının mədəni həyatında əsas tədbirlərdən biri kimi dünya musiqi ictimaiyyətinin böyük marağına səbəb olub. Forum çərçivəsində təşkil edilən tamaşa və konsertlərə bir sıra ölkələrdən məşhur opera truppaları, vokalçılar dəvət olunur, premyeralar və qala-konsertlər keçirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net