Ana Sayfa > Xəbər > Xalq artisti milad opera forumuna qatılacaq
Xalq artisti milad opera forumuna qatılacaq8-12-2015, 10:11. Yazar: admin |
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, xalq artisti Samir Cəfərov dekabrın 16-dan 20-dək Belarusun paytaxtı Minskdə qastrol səfərində olacaq. Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, S.Cəfərov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının dəvəti ilə VI beynəlxalq milad opera forumunda iştirak edəcək. Son illərdə milad opera forumu Belarus Respublikasının mədəni həyatında əsas tədbirlərdən biri kimi dünya musiqi ictimaiyyətinin böyük marağına səbəb olub. Forum çərçivəsində təşkil edilən tamaşa və konsertlərə bir sıra ölkələrdən məşhur opera truppaları, vokalçılar dəvət olunur, premyeralar və qala-konsertlər keçirilir. Geri dön |