Dənizdə yaralananlardan biri "Paşa Sığorta"nın əməkdaşı olub
Tarix: 7-12-2015, 14:36 | Çap et
Dənizdə yaralananlardan biri "Paşa Sığorta"nın əməkdaşı olub
"Hadisə baş verən zaman "Paşa Sığorta"nın əməkdaşı feldşer Heydər Abbasov da yaralanıb. O, hazırda xəstəxananın stasionar şöbəsində müalicə alır".

Bunu hafta.az-a eksklüziv açıqlamasında adıçəkilən qurumun - "Premium Asist" şirkətinin prezidenti Ehtiram Quliyev deyib. Ehtiram Quliyev bildirib ki, hazırda onun vəziyyəti yaxşıdır:

"Hadisə baş verən zaman o, estakadada olub. Ümumiyyətlə, Abbasovun vəzifəsi dənizdə çalışan neftçilərə ilkin tibbi yardım etmək idi. Şükürlər olsun ki, o da xilas olunanlar arasındadır. Həmçinin, qeyd edim ki, həlak olan və yaralananların hamısı sığorta olunmusdur".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net