Ana Sayfa > Xəbər > Dənizdə yaralananlardan biri "Paşa Sığorta"nın əməkdaşı olub
Dənizdə yaralananlardan biri "Paşa Sığorta"nın əməkdaşı olub7-12-2015, 14:36. Yazar: admin |
"Hadisə baş verən zaman "Paşa Sığorta"nın əməkdaşı feldşer Heydər Abbasov da yaralanıb. O, hazırda xəstəxananın stasionar şöbəsində müalicə alır". Bunu hafta.az-a eksklüziv açıqlamasında adıçəkilən qurumun - "Premium Asist" şirkətinin prezidenti Ehtiram Quliyev deyib. Ehtiram Quliyev bildirib ki, hazırda onun vəziyyəti yaxşıdır: "Hadisə baş verən zaman o, estakadada olub. Ümumiyyətlə, Abbasovun vəzifəsi dənizdə çalışan neftçilərə ilkin tibbi yardım etmək idi. Şükürlər olsun ki, o da xilas olunanlar arasındadır. Həmçinin, qeyd edim ki, həlak olan və yaralananların hamısı sığorta olunmusdur". Geri dön |