Abşeronda fəhlə daş kəsən kombaynın altına düşərək ölüb
Tarix: 7-12-2015, 13:02 | Çap et
Abşeronda fəhlə daş kəsən kombaynın altına düşərək ölüb
Abşeronda fəhlə faciəli şəkildə ölüb.

Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 6-da Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanalarından birində qeydə alınıb. Orada fəhlə işləyən Bakı şəhər sakini Əyətulla Nəsirov ehtiyatsızlıqdan daş kəsən kombaynın altına yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net