Ana Sayfa > Xəbər > Abşeronda fəhlə daş kəsən kombaynın altına düşərək ölüb
Abşeronda fəhlə daş kəsən kombaynın altına düşərək ölüb7-12-2015, 13:02. Yazar: admin |
![]() Abşeronda fəhlə faciəli şəkildə ölüb. Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 6-da Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən daş karxanalarından birində qeydə alınıb. Orada fəhlə işləyən Bakı şəhər sakini Əyətulla Nəsirov ehtiyatsızlıqdan daş kəsən kombaynın altına yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Geri dön |