![Pakistanda 4 talibançı asıldı Pakistanda 4 talibançı asıldı](/uploads/posts/2015-12/thumbs/1449045187_v.jpg)
Pakistan ötən il məktəbə Taliban hücumuna görə 4 nəfəri asıb. Ötən il dekabrın 16-da baş vermiş hücumda əksəriyyəti uşaqlar olmaqla, 150 nəfər həlak olmuşdu.
Dekabrın 2-də edam olunanlar həmin hücuma görə ilk cəza alanlardır.
Hadisədən sonra Pakistan hökuməti ekstremizmə qarşı amansız hücuma başladı, altı illik moratoriumdan sonra ölüm cəzasını bərpa elədi.
Həmin 4 nəfər avqustun 13-də məhkum edilib. Hamısının Pakistan talibanın bir qanadı olan Toheedwal Jihad qrupuna məxsus olduğu bildirilir.
Qurbanların qohumları, eləcə də hücumdan sağ çıxanlar edam xəbərindən məmnun qaldıqlarını bildiriblər.
Hadisədə 3 güllə yarası almış 18 yaşlı Waheed Anjum Frans Pres agentliyinə deyib ki, “qalanları da tutmaq lazımdır, heç kəs cəzasız qalmamalıdır”.