Ana Sayfa > Xəbər > Pakistanda 4 talibançı asıldı
Pakistanda 4 talibançı asıldı2-12-2015, 12:32. Yazar: admin |
Pakistan ötən il məktəbə Taliban hücumuna görə 4 nəfəri asıb. Ötən il dekabrın 16-da baş vermiş hücumda əksəriyyəti uşaqlar olmaqla, 150 nəfər həlak olmuşdu. Dekabrın 2-də edam olunanlar həmin hücuma görə ilk cəza alanlardır. Hadisədən sonra Pakistan hökuməti ekstremizmə qarşı amansız hücuma başladı, altı illik moratoriumdan sonra ölüm cəzasını bərpa elədi. Həmin 4 nəfər avqustun 13-də məhkum edilib. Hamısının Pakistan talibanın bir qanadı olan Toheedwal Jihad qrupuna məxsus olduğu bildirilir. Qurbanların qohumları, eləcə də hücumdan sağ çıxanlar edam xəbərindən məmnun qaldıqlarını bildiriblər. Hadisədə 3 güllə yarası almış 18 yaşlı Waheed Anjum Frans Pres agentliyinə deyib ki, “qalanları da tutmaq lazımdır, heç kəs cəzasız qalmamalıdır”. Geri dön |