MSK-nın yenidən formalaşdırılması gələn il baş tuta bilər
Tarix: 1-12-2015, 16:33 | Çap et
MSK-nın yenidən formalaşdırılması gələn il baş tuta bilər
Noyabrın 1-də Milli Məclisə keçirilən növbəti seçkilərdən sonra parlamentdə təmsil olunan partiyalar Mərkəzi Seçki Komissiyasına öz nümayəndələrini göndərməlidir.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a bununla bağlı problem yaranmayacağına ümidvar olduğunu deyib. O bildirib ki, ötən dəfə Mərkəzi Seçki Komissiyasının formalaşmasında namizədlərini irəli sürüblər: “Həmin namizədimiz ümumi prosedurlardan keçərək 5 il MSK-da təmsil olundu. Düşünürəm ki, ona verilən etimadı dorğuldub və partiyada seçkilərin ümumi gedişinə hər hansı bir problem yaratmayıb. Ümidvram ki, bu dəfə də MSK-da nümayəndə ilə təmsil olunacağıq”.

Fəzail Ağamalının ehtimalına görə, bu məsələ gələn ilin əvvəllərində müzakirəyə çıxarılacaq: “Müzakirələrdən sonra hansı formada addımlar atacağımızı konkretləşdirəcəyik. Ancaq ümidvaram ki, biz bir daha MSK-da təmsil olunacağıq”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net