Ana Sayfa > Xəbər > MSK-nın yenidən formalaşdırılması gələn il baş tuta bilər
MSK-nın yenidən formalaşdırılması gələn il baş tuta bilər1-12-2015, 16:33. Yazar: admin |
![]() Noyabrın 1-də Milli Məclisə keçirilən növbəti seçkilərdən sonra parlamentdə təmsil olunan partiyalar Mərkəzi Seçki Komissiyasına öz nümayəndələrini göndərməlidir. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Modern.az-a bununla bağlı problem yaranmayacağına ümidvar olduğunu deyib. O bildirib ki, ötən dəfə Mərkəzi Seçki Komissiyasının formalaşmasında namizədlərini irəli sürüblər: “Həmin namizədimiz ümumi prosedurlardan keçərək 5 il MSK-da təmsil olundu. Düşünürəm ki, ona verilən etimadı dorğuldub və partiyada seçkilərin ümumi gedişinə hər hansı bir problem yaratmayıb. Ümidvram ki, bu dəfə də MSK-da nümayəndə ilə təmsil olunacağıq”. Fəzail Ağamalının ehtimalına görə, bu məsələ gələn ilin əvvəllərində müzakirəyə çıxarılacaq: “Müzakirələrdən sonra hansı formada addımlar atacağımızı konkretləşdirəcəyik. Ancaq ümidvaram ki, biz bir daha MSK-da təmsil olunacağıq”. Geri dön |