![Taleh Bağırzadə məhkəmə qərarından apelyasiya şikayəti verdi Taleh Bağırzadə məhkəmə qərarından apelyasiya şikayəti verdi](/uploads/posts/2015-12/1448969806_v.jpg)
“Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırzadə barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apelyasiya şikayəti verib.
“Report”un xəbərinə görə, bu barədə onun vəkili Cavad Cavadov bildirib. Apelyasiya şikayətinə dekabrın 2-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, T.Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.