Ana Sayfa > Xəbər > Taleh Bağırzadə məhkəmə qərarından apelyasiya şikayəti verdi
Taleh Bağırzadə məhkəmə qərarından apelyasiya şikayəti verdi1-12-2015, 15:35. Yazar: admin |
“Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırzadə barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apelyasiya şikayəti verib. “Report”un xəbərinə görə, bu barədə onun vəkili Cavad Cavadov bildirib. Apelyasiya şikayətinə dekabrın 2-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Qeyd edək ki, T.Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Geri dön |