Ermənistanda sərhədçi özünü güllələdi
Tarix: 1-12-2015, 12:38 | Çap et
Ermənistanda sərhədçi özünü güllələdi
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının əsgəri Gevorq Xaçatryan intihar edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki. hadisə noybarın 28-də baş versə də, onun ölüm səbəbi yalınz bu gün Ermənistan İstintaq Komitəsinin rəsmi məlumatı ilə elan olunub.

Məlumata görə, noyabrın 28-də sərhəd xidməti yerinə yetirən zaman Xaçatryan odlu silahdan güllə yarası alıb və tibb məntəqəsində ölüb.

Məlum olub ki, əsgər tabeliyindəki avtomat silahla həyatına qəsd edib. Bundan öncə, noybarın 20-də Ermənistanda yerləşdirilən Rusiya sərhəd dəstəsinin hərbçisi də özünü asaraq intihar etmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net