Ana Sayfa > Xəbər > Ermənistanda sərhədçi özünü güllələdi
Ermənistanda sərhədçi özünü güllələdi1-12-2015, 12:38. Yazar: admin |
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının əsgəri Gevorq Xaçatryan intihar edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki. hadisə noybarın 28-də baş versə də, onun ölüm səbəbi yalınz bu gün Ermənistan İstintaq Komitəsinin rəsmi məlumatı ilə elan olunub. Məlumata görə, noyabrın 28-də sərhəd xidməti yerinə yetirən zaman Xaçatryan odlu silahdan güllə yarası alıb və tibb məntəqəsində ölüb. Məlum olub ki, əsgər tabeliyindəki avtomat silahla həyatına qəsd edib. Bundan öncə, noybarın 20-də Ermənistanda yerləşdirilən Rusiya sərhəd dəstəsinin hərbçisi də özünü asaraq intihar etmişdi. Geri dön |