İran: “Rusiya geri çəkilməyəcək”
Tarix: 25-11-2015, 17:12 | Çap et
İran: “Rusiya geri çəkilməyəcək”
Rəsmi Tehran Rusiya döyüş təyyarəsinin vurulmasına münasibət bildirib.

Axar.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Məsud Cəzayiri Rusiyanın Suriya siyasətində dəyişiklik olmayacağını deyib:

“Təyyarəsi vurulduğu üçün Rusiya Suriyadakı aktiv mövqeyini heç də əldən verməyəcək. Rusiya ABŞ və müttəfiqlərinin Suriyada zərər görə biləcəyinin fərqindədir”.

ABŞ-ın liderliyi ilə İŞİD-ə qarşı yaradılan koalisiyanın saxta olduğunu deyən İran rəsmisi birliyin getdikcə zəiflədiyini qeyd edib:

“Bu koalisiya günü-gündən zəifləyir. Başda Türkiyə və Səudiyyə Ərəbistanı olmaqla bölgədəki ölkələr terrorçuların güclənməsi üçün böyük səy göstərir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net