Ana Sayfa > Xəbər > İran: “Rusiya geri çəkilməyəcək”
İran: “Rusiya geri çəkilməyəcək”25-11-2015, 17:12. Yazar: admin |
Rəsmi Tehran Rusiya döyüş təyyarəsinin vurulmasına münasibət bildirib. Axar.az xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general Məsud Cəzayiri Rusiyanın Suriya siyasətində dəyişiklik olmayacağını deyib: “Təyyarəsi vurulduğu üçün Rusiya Suriyadakı aktiv mövqeyini heç də əldən verməyəcək. Rusiya ABŞ və müttəfiqlərinin Suriyada zərər görə biləcəyinin fərqindədir”. ABŞ-ın liderliyi ilə İŞİD-ə qarşı yaradılan koalisiyanın saxta olduğunu deyən İran rəsmisi birliyin getdikcə zəiflədiyini qeyd edib: “Bu koalisiya günü-gündən zəifləyir. Başda Türkiyə və Səudiyyə Ərəbistanı olmaqla bölgədəki ölkələr terrorçuların güclənməsi üçün böyük səy göstərir”. Geri dön |