Bağçada şiddətə məruz qalan uşağın vəziyyəti öyrəniləcək
Tarix: 14-01-2022, 12:41 | Çap et
Bağçada şiddətə məruz qalan uşağın vəziyyəti öyrəniləcək

“İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ araşdırılır. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova deyib.

O qeyd edib ki, hər şeydən əvvəl məktəbəqədər təhsil müəssisəsində təhsilverənin psixoloji vəziyyəti qiymətləndirilməlidir: “Bu müəssisələrdə bir ildən bir tərbiyəçilər tibbi psixoloji müayinədən keçirlər. Artıq həmin tərbiyəçi Əmək Məcəlləsinin 70 -ci maddəsinə əsasən vəzifəsindən azad edilib. Uşağın vəziyyəti öyrəniləcək və ailə ilə görüş keçiriləcək”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net