Ana Sayfa > Sosial > Bağçada şiddətə məruz qalan uşağın vəziyyəti öyrəniləcək
Bağçada şiddətə məruz qalan uşağın vəziyyəti öyrəniləcək14-01-2022, 12:41. Yazar: admin |
“İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ araşdırılır. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova deyib. O qeyd edib ki, hər şeydən əvvəl məktəbəqədər təhsil müəssisəsində təhsilverənin psixoloji vəziyyəti qiymətləndirilməlidir: “Bu müəssisələrdə bir ildən bir tərbiyəçilər tibbi psixoloji müayinədən keçirlər. Artıq həmin tərbiyəçi Əmək Məcəlləsinin 70 -ci maddəsinə əsasən vəzifəsindən azad edilib. Uşağın vəziyyəti öyrəniləcək və ailə ilə görüş keçiriləcək”. Geri dön |