Azərbaycanda 10 növ “uşaq pulu” verilir: - Amma bütün uşaqlara yox
Tarix: 20-12-2021, 11:37 | Çap et
Azərbaycanda 10 növ “uşaq pulu” verilir: - Amma bütün uşaqlara yox
Hazırda Azərbaycanda 10 növ uşaq müavinəti (“uşaq pulu”) ödənilir.

Vertikal.az cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O bildirib ki, bunlar aşağıdakılardır:

- Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar (ayda 150 manat + 50 manat qulluğa görə);

- Beşdən çox uşağı olan qadınların uşaqları (hər uşağa görə 55 manat);

- Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları (hər uşağa 100 manat);

- Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət ödənilir (200 manat);

- Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət (hər ailə üzvünə aylıq 80 manat) və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər (hər uşağa 100 manat);

- Aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları (hər uşağa 50 manat);

-Ünvanlı Dövlət Sosial Yadımı alan ailələrdə bir yaşına qədər olan uşaqlar üçün (UDSY+50 manat)
və s.

Ekspert bu ödənişlərin təkmilləşdirlməsi, bəzilərində yaşın və məbləğın artırlması təklifləri ilə davamlı çıxış etdiyini deyib:

“Amma "uşaq pulu" deyib hay-küy salanların heç birindən ciddi təklif görməmişəm. Məncə hökumətə ciddi təkliflər vermək lazımdır. Əlbəttə mövcud müavinət sistemini tənqid etmək də öz yerində. Bu halda konstruktiv yanaşma olur”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net