Ana Sayfa > Sosial > Azərbaycanda 10 növ “uşaq pulu” verilir: - Amma bütün uşaqlara yox
Azərbaycanda 10 növ “uşaq pulu” verilir: - Amma bütün uşaqlara yox20-12-2021, 11:37. Yazar: admin |
Hazırda Azərbaycanda 10 növ uşaq müavinəti (“uşaq pulu”) ödənilir. Vertikal.az cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O bildirib ki, bunlar aşağıdakılardır: - Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar (ayda 150 manat + 50 manat qulluğa görə); - Beşdən çox uşağı olan qadınların uşaqları (hər uşağa görə 55 manat); - Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları (hər uşağa 100 manat); - Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət ödənilir (200 manat); - Ailə başçısını itirmiş ailələrin üzvlərinə aylıq sosial müavinət (hər ailə üzvünə aylıq 80 manat) və ya əmək pensiyası ödənilir ki, onların 95 faizdən çoxu uşaqlardır; - Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər (hər uşağa 100 manat); - Aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqları (hər uşağa 50 manat); -Ünvanlı Dövlət Sosial Yadımı alan ailələrdə bir yaşına qədər olan uşaqlar üçün (UDSY+50 manat) və s. Ekspert bu ödənişlərin təkmilləşdirlməsi, bəzilərində yaşın və məbləğın artırlması təklifləri ilə davamlı çıxış etdiyini deyib: “Amma "uşaq pulu" deyib hay-küy salanların heç birindən ciddi təklif görməmişəm. Məncə hökumətə ciddi təkliflər vermək lazımdır. Əlbəttə mövcud müavinət sistemini tənqid etmək də öz yerində. Bu halda konstruktiv yanaşma olur”. Geri dön |