Tanınmış sığorta eksperti Nicat Əlibəyli "Azərbaycan Sənaye Sığorta" ASC-dəki vəzifəsini tərk edib.
"Report"un əldə etdiyi məlumata görə, o, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin 13 saylı regional idarəsinin sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Mütəxəssis bu gündən vəzifəsinin icrasına başlayıb.