Ana Sayfa > Sosial > Sahil Babayev tanınmış sığorta ekspertinə vəzifə verdi

Sahil Babayev tanınmış sığorta ekspertinə vəzifə verdi


6-10-2020, 10:52. Yazar: admin

Sahil Babayev tanınmış sığorta ekspertinə vəzifə verdi
Tanınmış sığorta eksperti Nicat Əlibəyli "Azərbaycan Sənaye Sığorta" ASC-dəki vəzifəsini tərk edib.

"Report"un əldə etdiyi məlumata görə, o, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin 13 saylı regional idarəsinin sənədlər və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Mütəxəssis bu gündən vəzifəsinin icrasına başlayıb.
Geri dön