Vidadi Zeynalov pullarını ölkədən necə çıxarıb?
Tarix: 7-12-2015, 10:13 | Çap et
Vidadi Zeynalov pullarını ölkədən necə çıxarıb?
Bir neçə gün əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun «qara kassası» olaraq tanınan şəxsin ölkədən qaçdığı barədə məlumat vermişdik. JAM.AZ-a daxil olan məlumatlarda vurğulanırdı ki, Zeynalovun «xas» adamı olaraq tanınan Azər Lütfəliyev bu yaxınlarda ölkəni tərk edib və ailəsi ilə birlikdə xarici ölkələrdən birində yaşayır. Onun həmin məmləkətdə şəxsi evi olduğu bildirilir.

JAM.AZ-a danışan mənbə bildirmişdi ki, Azər Lütfəliyev Vidadi Zeynalovun bütün biznesini idarə edib. Onun ixtiyarında sabiq aparat rəhbərinə məxsus hotellər, istirahət mərkəzləri, market və digər obyektləri olub. Onun Vidadi Zeynalovun həbsindən az əvvəl ölkəni tərk etməsi isə heç də xaricə istirahət məqsədiylə getdiyi anlamına gəlmir. Düzdür, bununla bağlı o yaxın adamlarına söz deyib. Lakin yevlaxlı Azərin ölkədən qaçdığı vurğulanır.

JAM.AZ-a bununla bağlı daxil olan yeni məlumatlarda isə qeyd edilir ki, Azər Lütfəliyev hazırda Türkiyədədir və o, Vidadi Zeynalovun təlimatı əsasında vaxtında ölkəni tərk edib. Hətta belə bir iddia var ki, Lütfəliyev Zeynalovun pullarının bir qismini ölkədən çıxararaq, onları Türkiyədəki banklardan birinə yerləşdirib.

Hazırda isə «qara kassa»nın əsas missiyası sabiq aparat rəhbərinin Azərbaycandakı obyektlərini sataraq, onların pullarını ölkədən çıxarmaqdır. Bu məqsədlə onun Bakıdakı yaxın adamlarına tapşırıq verdiyi də qeyd olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net