ATƏT Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan narahatdır
ATƏT Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan narahatdır.
APA xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Helqa Şmit Azərbaycanın axarici işlər naziri Ceyhun Bayramovla BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsindəki görüşündə bildirib.
ATƏT Baş katibi Helqa Şmit son toqquşmalardan narahatlığını bildirərək, itkilərə görə baş sağlığı diləklərini çatdırıb.
Baş katib ATƏT-in bölgədə uzunmüddətli təcrübələri nəzərə alınaraq, normallaşma prosesinə dəstək verməyə hazır olduqlarını bildirib.
Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.