Ana Sayfa > Siyasət > ATƏT Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan narahatdır
ATƏT Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan narahatdır21-09-2022, 10:21. Yazar: admin |
ATƏT Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan narahatdır. APA xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Helqa Şmit Azərbaycanın axarici işlər naziri Ceyhun Bayramovla BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsindəki görüşündə bildirib. ATƏT Baş katibi Helqa Şmit son toqquşmalardan narahatlığını bildirərək, itkilərə görə baş sağlığı diləklərini çatdırıb. Baş katib ATƏT-in bölgədə uzunmüddətli təcrübələri nəzərə alınaraq, normallaşma prosesinə dəstək verməyə hazır olduqlarını bildirib. Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Geri dön |