İran XİN rəhbəri səfirə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün göstəriş verib
Tarix: 24-07-2022, 22:45 | Çap et


İran Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətindədir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi ilə görüşündə deyib
O iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səfirə lazımi göstərişləri verib.

Seyid Abbas Musəvi bu gün axşam saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb və çalışdığı ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı hesabat təqdim edib.

Görüşdə Hüseyn Əmir-Abdullahian qonşularla, xüsusilə də müsəlman ölkələri ilə əlaqələrin vacibliyinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətini vurğulayıb və lazımi göstərişləri verib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net