Ana Sayfa > Siyasət > İran XİN rəhbəri səfirə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün göstəriş verib
İran XİN rəhbəri səfirə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi üçün göstəriş verib24-07-2022, 22:45. Yazar: admin |
İran Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətindədir. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi ilə görüşündə deyib O iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səfirə lazımi göstərişləri verib. Seyid Abbas Musəvi bu gün axşam saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb və çalışdığı ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı hesabat təqdim edib. Görüşdə Hüseyn Əmir-Abdullahian qonşularla, xüsusilə də müsəlman ölkələri ilə əlaqələrin vacibliyinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətini vurğulayıb və lazımi göstərişləri verib. Geri dön |