Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrlərinin ikinci üçtərəfli iclası keçiriləcək.
Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə Böyük Millət Məclisindən bildirilib.
Qeyd olunub ki, görüş 21 iyulda İstanbul şəhərində baş tutacaq.
İclasın nəticələrinə əsasən, İstanbul Bəyannaməsinin də imzalanması gözlənilir.