Ana Sayfa > Siyasət > Türkiyə, Azərbaycan və Pakistan parlament sədrləri İstanbulda görüşəcək

Türkiyə, Azərbaycan və Pakistan parlament sədrləri İstanbulda görüşəcək


19-07-2022, 12:23. Yazar: admin


Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrlərinin ikinci üçtərəfli iclası keçiriləcək.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə Böyük Millət Məclisindən bildirilib.

Qeyd olunub ki, görüş 21 iyulda İstanbul şəhərində baş tutacaq.

İclasın nəticələrinə əsasən, İstanbul Bəyannaməsinin də imzalanması gözlənilir.
Geri dön