ABŞ Prezidenti Cozef Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.
Bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.
Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.
Qeyd edək ki, nazir-müşavir rütbəsinə malik Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində çalışır. O, polyak və fransız dillərini mükəmməl bilir.
Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır.//Oxu.Az