Ana Sayfa > Siyasət > Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü

Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü


26-05-2022, 02:43. Yazar: admin
Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürdü

ABŞ Prezidenti Cozef Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb.

Bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb.

Qeyd edək ki, nazir-müşavir rütbəsinə malik Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində Dövlət Departamenti fakültəsinin müşaviri vəzifəsində çalışır. O, polyak və fransız dillərini mükəmməl bilir.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatır.//Oxu.Az

Geri dön