Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Report”un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
Məumata görə, Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Qeyd edilir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. “Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər. Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda deyilir.