Ana Sayfa > Siyasət > Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Putinə zəng edib

Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Putinə zəng edib


17-11-2021, 02:05. Yazar: admin
Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Putinə zəng edib

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
“Report”un məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.

Məumata görə, Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Qeyd edilir ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. “Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər. Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda deyilir.
Geri dön