Separatçı rejimin seçki OYUNU - "Sülhməramlıların qarşısında tələb qoymalıdır ki,.."
“Azərbaycan Rusiya sülhməramlılarının qarşısında tələb qoymalıdır ki, Qarabağdakı separatçı rejim seçki keçirməsin”.
Bu sözləri Qarabağda separatçı erməni rejiminin sentyabr ayının 2-də bələdiyyə seçkisi keçirmək istəməsinə münasibət bildirən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib.
Aqil Abbas bildirib ki, ermənilərin Qarabağda heç bir seçki keçirməyə ixtiyarları yoxdur:
“Azərbaycan beynəlxalq təşkilatlara müraciət etməlidir ki, buna münasibət bildirsinlər. Əgər erməniləri durdurmasalar, Azərbaycan anti-terror əməliyyatını başlamalı olacaq. Belə getsə ermənilər əks cavablarını alacaqlar.”.