Ana Sayfa > Siyasət > Separatçı rejimin seçki OYUNU - "Sülhməramlıların qarşısında tələb qoymalıdır ki,.."
Separatçı rejimin seçki OYUNU - "Sülhməramlıların qarşısında tələb qoymalıdır ki,.."26-08-2021, 14:14. Yazar: admin |
“Azərbaycan Rusiya sülhməramlılarının qarşısında tələb qoymalıdır ki, Qarabağdakı separatçı rejim seçki keçirməsin”. Bu sözləri Qarabağda separatçı erməni rejiminin sentyabr ayının 2-də bələdiyyə seçkisi keçirmək istəməsinə münasibət bildirən millət vəkili Aqil Abbas Yenicag.az-a açıqlamasında deyib. Aqil Abbas bildirib ki, ermənilərin Qarabağda heç bir seçki keçirməyə ixtiyarları yoxdur: “Azərbaycan beynəlxalq təşkilatlara müraciət etməlidir ki, buna münasibət bildirsinlər. Əgər erməniləri durdurmasalar, Azərbaycan anti-terror əməliyyatını başlamalı olacaq. Belə getsə ermənilər əks cavablarını alacaqlar.”. Geri dön |