"Fransa bizim əleyhimizə tumanını başına çevirib" - Aqil Abbasdan sərt açıqlama
Tarix: 15-10-2020, 10:25 | Çap et
"Fransa bizim əleyhimizə tumanını başına çevirib" - Aqil Abbasdan sərt açıqlama
“Ermənistan heç bir zaman atəşkəsə və qərarlara əməl etməyib”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Aqil Abbas bildirib.

O, qeyd edib ki, ermənilər humanitar atəşkəsdən öz xeyirlərinə istifadə edərək Gəncə və Mingəçeviri raket atəşinə tutdu:

“Təkcə Tərtərə gün ərzində 300-400 mərmi atırlar. Ermənilər atəşkəsə əməl etməyəcəklər. Onları cənab Prezidentin söylədiyi kimi it kimi qovmaq lazımdır”.

Deputat ATƏT adında təşkilatı tanımadığını deyib:

“Bu qurumun məqsədi başımızın altına yastıq qoyub bizimlə məzələnməkdir. O təşkilatda olanlar 2-3 üzlü insanlardır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa bizim əleyhimizə tumanını başına çevirib”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net