Ana Sayfa > Siyasət > "Fransa bizim əleyhimizə tumanını başına çevirib" - Aqil Abbasdan sərt açıqlama
"Fransa bizim əleyhimizə tumanını başına çevirib" - Aqil Abbasdan sərt açıqlama15-10-2020, 10:25. Yazar: admin |
“Ermənistan heç bir zaman atəşkəsə və qərarlara əməl etməyib”. Bunu KONKRET.az-a açıqlamasında deputat Aqil Abbas bildirib. O, qeyd edib ki, ermənilər humanitar atəşkəsdən öz xeyirlərinə istifadə edərək Gəncə və Mingəçeviri raket atəşinə tutdu: “Təkcə Tərtərə gün ərzində 300-400 mərmi atırlar. Ermənilər atəşkəsə əməl etməyəcəklər. Onları cənab Prezidentin söylədiyi kimi it kimi qovmaq lazımdır”. Deputat ATƏT adında təşkilatı tanımadığını deyib: “Bu qurumun məqsədi başımızın altına yastıq qoyub bizimlə məzələnməkdir. O təşkilatda olanlar 2-3 üzlü insanlardır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa bizim əleyhimizə tumanını başına çevirib”. Geri dön |