Ermənistan Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində itkilərinin olduğunu etiraf edib
Tarix: 10-12-2021, 16:27 | Çap et
Ermənistan Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində itkilərinin olduğunu etiraf edib

Ermənistan Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində itkilərinin olduğunu etiraf edib.

Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, Ermənistan tərəfindən bir nəfər ölüb, daha bir neçə hərbçi yaralanıb.

Xatırladaq ki, Ermənistan dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net