Ana Sayfa > Region > Ermənistan Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində itkilərinin olduğunu etiraf edib
Ermənistan Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində itkilərinin olduğunu etiraf edib10-12-2021, 16:27. Yazar: admin |
Ermənistan Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində itkilərinin olduğunu etiraf edib. Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri yazır. Qeyd olunur ki, Ermənistan tərəfindən bir nəfər ölüb, daha bir neçə hərbçi yaralanıb. Xatırladaq ki, Ermənistan dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Geri dön |