“Zəngəzurdan Naxçıvana yol açılacaq” - Erməni deputat
Tarix: 29-10-2021, 11:29 | Çap et
“Zəngəzurdan Naxçıvana yol açılacaq” - Erməni deputat
Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Qaqik Melkonyan yaxın vaxtlarda Moskvada rəsmi görüşlərin planlaşdırılmadığını bildirib.

Vertikal.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Onun sözlərinə görə, görüş Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlıdır.

Həmçinin də, deputat Azərbaycan Naxçıvana Ermənistan ərazisindən yol alacağını qeyd edib:

“Biz buna yol deyirik, onlar dəhliz deyirlər. İndi biz Qarabağa necə girib-çıxırıq? Onlar da belə imkan əldə edəcək və Naxçıvana yolları olacaq”.

Qəzetin yazdığı kimi, Ermənistan hökuməti Naxçıvana açılacaq bu yola nəzarət edəcəyinə əmin deyil.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net