Ana Sayfa > Region > “Zəngəzurdan Naxçıvana yol açılacaq” - Erməni deputat
“Zəngəzurdan Naxçıvana yol açılacaq” - Erməni deputat29-10-2021, 11:29. Yazar: admin |
![]() Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Qaqik Melkonyan yaxın vaxtlarda Moskvada rəsmi görüşlərin planlaşdırılmadığını bildirib. Vertikal.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Onun sözlərinə görə, görüş Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası və delimitasiyası ilə bağlıdır. Həmçinin də, deputat Azərbaycan Naxçıvana Ermənistan ərazisindən yol alacağını qeyd edib: “Biz buna yol deyirik, onlar dəhliz deyirlər. İndi biz Qarabağa necə girib-çıxırıq? Onlar da belə imkan əldə edəcək və Naxçıvana yolları olacaq”. Qəzetin yazdığı kimi, Ermənistan hökuməti Naxçıvana açılacaq bu yola nəzarət edəcəyinə əmin deyil. Geri dön |