Tbilisi meri bələdiyyə seçkilərinin ikinci turunda seçiləcək
Tarix: 3-10-2021, 12:00 | Çap et
Tbilisi meri bələdiyyə seçkilərinin ikinci turunda seçiləcək
Gürcüstanın 64 bələdiyyəsinin 20-də yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.
Səslərin sayılmasının tamamlandığı 2 775 məntəqənin nəticələri “Gürcü Arzusu”nun 47,83%, ən yaxın rəqibi olan "Vahid Milli Hərəkat"ın isə 30,69% səs topladığını gösərir.
İrakli Kobaxidze qeyd edib ki, seçkilərin ikinci turunun paytaxt Tbilisidə də keçiriləcəyi təəssüf doğurur, lakin hazırkı mer Kaxa Kaladzenin ikinci turda qalib gələcəyindən partiya şübhə duymur.
İrakli Kobaxidze bildirib ki, artıq seçki məntəqələrinin dörddə üçündə səslərin sayılmasının tamamlandığından nəticələrdə kəskin dəyişikliyin olması gözlənilmir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net