Ana Sayfa > Region > Tbilisi meri bələdiyyə seçkilərinin ikinci turunda seçiləcək
Tbilisi meri bələdiyyə seçkilərinin ikinci turunda seçiləcək3-10-2021, 12:00. Yazar: admin |
Gürcüstanın 64 bələdiyyəsinin 20-də yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu keçiriləcək. APA-nın yerli bürosu xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib. Səslərin sayılmasının tamamlandığı 2 775 məntəqənin nəticələri “Gürcü Arzusu”nun 47,83%, ən yaxın rəqibi olan "Vahid Milli Hərəkat"ın isə 30,69% səs topladığını gösərir. İrakli Kobaxidze qeyd edib ki, seçkilərin ikinci turunun paytaxt Tbilisidə də keçiriləcəyi təəssüf doğurur, lakin hazırkı mer Kaxa Kaladzenin ikinci turda qalib gələcəyindən partiya şübhə duymur. İrakli Kobaxidze bildirib ki, artıq seçki məntəqələrinin dörddə üçündə səslərin sayılmasının tamamlandığından nəticələrdə kəskin dəyişikliyin olması gözlənilmir. Geri dön |