Natiq Ədilov mühacirət etdi
Tarix: 30-03-2015, 10:27 | Çap et
Natiq Ədilov mühacirət etdi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Fransaya mühacirət edib.

Vertikal.az modern.az-a istinadən bildirir ki, bu barədə məlumatı Natiq Ədilovun özü verib. N.Ədilov bildirib ki, qardaşı Murad Ədilovun ötən ilin avqustunda heç bir qanuni əsas olmadan həbs edilməsindən sonra onun özü də polisin hədəfinə düşüb. AXCP üzvü həbs olunmaq təhlükəsinin artmasını «Azərbaycan Saatı» proqramındakı fəaliyyətilə əlaqədar olduğunu vurğulayıb. N.Ədilovun sözlərinə görə, şiddətli formada cəzalanma sırasının ona çatdığı barədə dəqiq informasiyalar əldə edəndən sonra seçim qarşısında qalıb: ya həbs olunmaq, ya da fəaliyyətini xaricdə davam etdirmək. O, əqidə yoldaşları ilə məskləhətləşəndən sonra 2-ci yolu seçdiyini deyib: “İndi Fransadayam və Qənimət Zahidlə birlikdə «Azərbaycan Saatı»nın studiyasında fəaliyyətimə davam etməkdəyəm…”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net