Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Tarix: 21-11-2024, 12:32 | Çap et


İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb.

AZƏRTAC xəbər verir ki, niyyət protokolunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev imzalayıblar.

"İqlim, təbiət və insanlar üçün Su Həyat Xəttinin Təbliği" mövzulu tədbirin yüksəksəviyyəli açılışında imzalanan niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

"Bu gün su ehtiyatlarının idarəolunmasına dair Bakı Bəyannaməsi qəbul ediləcək".

Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə BMT-nin Qlobal Müqaviləsinin su məsələləri üzrə baş direktoru Ceyson Morrison bildirib.

"İqlim dəyişikliyinin təsirlərini azaltmaq haqqında danışarkən biz kifayət qədər sürətlə irəliləmədiyimizi, ambisiyalarımızın kifayət qədər yüksək olmadığını və nəticələrin hələ də müəyyən edilmiş hədəflərə uyğun olmadığını görürük. Eyni zamanda, biz iqlim dəyişikliyinə uyğunlaşmanın və dayanıqlılığın artırılmasının vacibliyini getdikcə daha çox dərk edirik.

Bu və növbəti konfranslarda su və iqlim dəyişikliyinə uyğunlaşma məsələləri əsas müzakirə mövzuları olacaq və qlobal uyğunlaşma fəaliyyət proqramı ilə müşayiət olunacaq. Ümid edirəm ki, biz bu gün yayımlanacaq Bakı Bəyannaməsini inkişaf etdirməyə davam edəcəyik və gələn il Braziliyada keçiriləcək növbəti konfransda bu impulsu gücləndirəcəyik", - deyə o bildirib.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net