Ana Sayfa > Partiya > Natiq Ədilov mühacirət etdi
Natiq Ədilov mühacirət etdi30-03-2015, 10:27. Yazar: admin |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Fransaya mühacirət edib. Vertikal.az modern.az-a istinadən bildirir ki, bu barədə məlumatı Natiq Ədilovun özü verib. N.Ədilov bildirib ki, qardaşı Murad Ədilovun ötən ilin avqustunda heç bir qanuni əsas olmadan həbs edilməsindən sonra onun özü də polisin hədəfinə düşüb. AXCP üzvü həbs olunmaq təhlükəsinin artmasını «Azərbaycan Saatı» proqramındakı fəaliyyətilə əlaqədar olduğunu vurğulayıb. N.Ədilovun sözlərinə görə, şiddətli formada cəzalanma sırasının ona çatdığı barədə dəqiq informasiyalar əldə edəndən sonra seçim qarşısında qalıb: ya həbs olunmaq, ya da fəaliyyətini xaricdə davam etdirmək. O, əqidə yoldaşları ilə məskləhətləşəndən sonra 2-ci yolu seçdiyini deyib: “İndi Fransadayam və Qənimət Zahidlə birlikdə «Azərbaycan Saatı»nın studiyasında fəaliyyətimə davam etməkdəyəm…”. Geri dön |