Hakan Fidan Ukrayna münaqişəsinin həlli üçün əsas şərti açıqladı
Tarix: 3-11-2024, 16:04 | Çap et


"Ukrayna münaqişəsinin ədalətli həllinə Ukraynanın ərazi bütövlüyünün qorunması şərti ilə nail olunmalıdır".

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Hürriyet"ə müsahibəsində deyib.

"Bizim hər iki tərəflə xüsusi münasibətimiz var. Biz onları dinləməkdən imtina etmirik. Dost ancaq həqiqəti deyir, biz belə edirik. Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, hər iki tərəfin yorğunluğu 2025-ci ildə yeni vəziyyətə gətirib çıxara bilər.

"Hər iki tərəf münaqişədə uduzan tərəf hesab edilmək istəmir; Rusiya və Ukrayna arasında ümumi dil axtarışları davam edir".




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net